Proqram təminatı · ERP · CRM · Veb

Biznesinizi rəqəmsala üç addımda keçiririk.

Bakıda yerləşən ThreeSteps zavodlar, logistika şirkətləri, klinikalar və tikinti şirkətləri üçün ERP, CRM sistemləri, veb saytlar hazırlayır və korporativ e-poçt xidməti göstərir.

Hazır məhsullar

Tez tətbiq olunan hazır həllər

Sıfırdan başlamaq lazım deyil. Məhsullarımız qısa müddətdə sizin şirkətə uyğunlaşdırılır.

Əsas məhsul

MedBooking

Sağlamlığa 3 addım

Klinikalar üçün randevu sistemi və ERP. Pasient ilə tibb işçiləri arasındakı əlaqəni bir sistemdə nizamlayır. Xüsusilə stomatoloji klinikalar və həkimlər üçün hazırlanıb.

  • Onlayn randevu: pasient həkimi və tarixi seçib özü yazılır
  • Həkimlər üzrə gündəlik randevu cədvəli
  • Klinika və hər həkim üçün ayrıca randevu səhifəsi
  • AI chatbot: pasientlərin suallarını cavablandırır və randevuya yönləndirir
  • Quraşdırma və işçilərə təlim daxildir
MedBooking AI chatbotNümunə

Sabah implant məsləhəti üçün boş vaxt var?

Bəli, sabah 10:00 və 14:30 boşdur. Hansı vaxta yazım?

10:00 olsun.

Randevunuz sabah saat 10:00-a yazıldı. Sizi gözləyirik!

Hazır həll

İstehsal ERP

Zavod və fabriklər üçün xammal, istehsal sifarişləri, anbar və maya dəyəri uçotu.

Hazır həll

Logistika sistemi

Yüklər, reyslər, sürücülər və çatdırılma statusları üçün idarəetmə paneli.

Hazır həll

CRM

Satış komandası üçün müştəri bazası, sövdələşmələr və tapşırıqlar.

Son tamamlanan layihə

QAQ karton fabriki üçün ERP

İstehsalERPTamamlanıb · 2026

Karton istehsalı üçün sifarişdən çatdırılmaya qədər bütün dövrü əhatə edən sistem qurduq. Fabrik rəhbərliyi indi istehsal, anbar və satışı bir ekrandan izləyir.

  1. SifarişMüştəri sifarişi, karton ölçüsü, növü və miqdarı qeydə alınır
  2. Xammal və anbarKağız rulonları və materialların qalığı avtomatik hesablanır
  3. İstehsalSifarişlər xətlərə paylanır, gedişat real vaxtda görünür
  4. Hazır məhsul və çatdırılmaAnbara qəbul, yükləmə və müştəriyə təhvil

Müştərilər

Kimlərlə işləyirik

Fərqli sahələr, eyni yanaşma: əvvəlcə işinizi öyrənirik, sonra sistemi qururuq.

Zavod və istehsal

ERP sistemi

2 müştəri

QAQ Karton Fabriki
Modern Hides MMC

Klinikalar

MedBooking randevu sistemi

23 müştəri

Va Dent Estetik Klinika
Dentika 32
Bəyaz Diş Estetik Dental Klinik
Medilife Clinic
Smile Architect by Ali Asadov
Black Dental
Dental Elegance Esthetic Clinic
Lea Beauty Center
32 Karat Dental Clinic
32 Gözəl Stomatoloji Mərkəz
Dental Gallery
Dent House Baku
H Dental
Li Dental
MM Dental
Medident by Namiq Nəsirov
Medox
Qarabağ Dental
Ramdent İmplant Diş Mərkəzi
Smile by Ganbarov
Vimplant
Azad Gülüş
Stomatoloji klinika

Həkimlər

MedBooking randevu sistemi

6 müştəri

Dr. Qasım Bayramov
Dr. Qasım Bayramov
Op. Dr. Fəxriyyə Yusifzadə
Op. Dr. Fəxriyyə Yusifzadə
Dr. İlqar Qacar
Dr. İlqar Qacar
Aytən Mirzəliyeva
Aytən Mirzəliyeva
Mahir Mahirzadə
Mahir Mahirzadə
Səidə Dəmirova
Səidə Dəmirova

Klinika saytları

Veb sayt və korporativ mail

8 müştəri

32 Karat Dental Clinic
Smile by Ganbarov
32 Gözəl Stomatoloji Mərkəz
H Dental
32 İnciStomatoloji Mərkəz
Dentika 32
Dental Elegance Esthetic Clinic
Lea Beauty Center

Tikinti və mühəndislik

Veb sayt və korporativ mail

4 müştəri

AZ-KO
HİS Hidro İnşaat Servis
ACP
AFM PRO MMC

Logistika

Daxili idarəetmə sistemi

1 müştəri

Sky Logistics

Mühasibatlıq

Veb sayt və korporativ mail

1 müştəri

Onay Consulting

SMM agentliyi

Veb sayt və korporativ mail

1 müştəri

Elevate Agency

Azərbaycan Diasporuna Dəstək Fondu

Veb sayt və korporativ mail

1 müştəri

Azərbaycan Diasporuna Dəstək Fondu

Necə işləyirik

Adımız işimizi izah edir

1

Analiz

Şirkətinizə gəlir, prosesləri və ehtiyacları öyrənirik. Texniki tapşırıq və plan hazırlayırıq.

2

Development

Sistemi mərhələlərlə qururuq və hər mərhələni sizinlə birlikdə yoxlayırıq.

3

Tətbiq və dəstək

İşçilərinizi öyrədir, sistemi işə salırıq. Sonra da texniki dəstəkdə qalırıq.

Suallar

Tez-tez verilən suallar

ThreeSteps hansı xidmətləri göstərir?

Bakıda yerləşən ThreeSteps zavodlar və istehsal müəssisələri üçün ERP sistemləri, şirkətlər üçün CRM sistemləri, korporativ veb saytlar, fərdi proqram təminatı, AI, WhatsApp və e-kassa inteqrasiyaları hazırlayır və korporativ e-poçt xidməti göstərir. Klinikalar üçün isə hazır MedBooking randevu sistemimiz var.

Zavod üçün ERP sistemi nələri əhatə edir?

ERP sistemi sifarişdən çatdırılmaya qədər bütün dövrü bir yerdə idarə edir: müştəri sifarişləri, xammal və anbar qalığı, istehsal xətləri, maya dəyəri, satış və hesabatlar. Məsələn, QAQ karton fabriki üçün qurduğumuz ERP ilə rəhbərlik istehsalı, anbarı və satışı bir ekrandan izləyir.

MedBooking nədir və hansı klinikalar üçün uyğundur?

MedBooking klinikalar üçün onlayn randevu sistemi və ERP-dir. Pasient həkimi və tarixi seçib özü yazılır, hər həkimin gündəlik cədvəli görünür, AI chatbot isə pasientlərin suallarını cavablandırır. Stomatoloji klinikalar, tibb mərkəzləri və fərdi həkimlər üçün uyğundur və hazırda 20-dən çox klinika və həkim istifadə edir.

Veb sayt sifariş etdikdə korporativ e-poçt da verilir?

Bəli. Veb saytını hazırladığımız hər şirkətə öz domeni ilə korporativ e-poçt ünvanları da quraşdırırıq, məsələn info@sirketiniz.az. Klinikalar, tikinti şirkətləri, agentliklər və fondlar üçün sayt və e-poçtu birlikdə təhvil veririk.

Hansı inteqrasiyaları edirsiniz?

Sistemlərinizi AI ilə (chatbot və ağıllı köməkçilər), WhatsApp ilə (mesaj və bildirişlər) və e-kassa ilə inteqrasiya edirik. Bu inteqrasiyalar ERP, CRM, MedBooking və veb saytlara qoşula bilər.

Layihə necə başlayır?

Üç addımla işləyirik: əvvəlcə şirkətinizin proseslərini analiz edirik, sonra sistemi mərhələlərlə qururuq, sonda işçilərinizi öyrədib sistemi işə salırıq və texniki dəstəkdə qalırıq. İlkin analiz pulsuzdur, sadəcə WhatsApp və ya telefonla müraciət edin.

Siz harada yerləşirsiniz?

ThreeSteps Bakıda, Azərbaycandadır. Bizimlə +994 50 471 34 71 nömrəsi (telefon və WhatsApp) və info@threesteps.az ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Əlaqə

Birinci addımı atın

Layihənizi qısaca yazın. Komandamız sizinlə əlaqə saxlayıb pulsuz ilkin analiz təklif edəcək.